Vüqar Həşimovun xatirəainə həsr olunmuş "Shamkir chess-2014" beynəlxalq şahmat turnirinin başa çatmasına bir tur qaldı -

Vüqar Həşimovun xatirəainə həsr olunmuş "Shamkir chess-2014" beynəlxalq şahmat turnirinin başa çatmasına bir tur qaldı

əmkirdə keçirilən Azərbaycanın görkəmli şahmatçısı beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” beynəlxalq şahmat turnirinin başa çatmasına bir tur qaldı. “A” qrupunda azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov növbəti dəfə masa arxasından məğlub ayrılıb. Teymur Rəcəbov və dünya çempionu Maqnus Karlsen qarşılaşması isə sülhlə nəticələnib. Eyni nəticə ABŞ şahmatçısı Hikaru Nakamura ilə rusiyalı Sergey Karyakinin qarşılaşmasında da qeydə alınıb.

Turnir cədvəli: Karlsen, Karuana - 5,5 xal; Karyakin, Nakamura , Rəcəbov - 4,5 xal; Məmmədyarov - 2,5xal.

“B” turniri isə başa çatıb. Turnirin qalibi adını aktivinə 6 xal yazan Ukraynalı Pavel Elcanov qazanıb. Aleksander Motiylev 5.5 xal, Etienne Bakrot, Hao Vang 5 xal, Radoslav Voytaşek 4.5 xal, Rauf Məmmədov, Qədir Hüseynov,Vasif Durarbəyli və Nicat Abasov 4 xal, Eltac Səfərli isə 3 xal toplayıb.

Turnir bu gün başa çatacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !