Şəkinin Kiş kəndində Yerli Gənc Proqramına start verilib - FOTO

Şəkinin Kiş kəndində “Yerli Gənc” Proqramına start verilib FOTO

 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramına Şəkinin Kiş kəndində həyata keçirilən təlim kursu ilə start verilib.

“Eko-Foto” adlı təlim kursu ARGTMŞ-ın üzvü olan “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Şəki şəhər İcra Hakimiyyəti, Şəki şəhər Gənclər və İdman İdarəsi və Kiş bələdiyyəsinin dəstəyi ilə Kiş kəndində yerləşən Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Tədbirdə Kiş kəndində yaşayan 25 nəfər gənc iştirak edib.

Təlim foto materiallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma bacarıqları formalaşdırmaq məqsədi ilə təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə ARGTMŞ-ın üzvünün təlimin kənddə keçirilməsi ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib. O qeyd edib ki, “Yerli Gənc” Proqramı kənd gənclərinin konseptual inkişafında mühüm rol oynayacaq və kənd gənclərinin istedadının üzə çıxarılmasına imkan yaradacaq.

Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxışı zamanı kənd yerlərində yaşayan gənclərin fəallığının artırılması, onların ictimai fəaliyyətə cəlb olunması istiqamətində “Yerli Gənc” Proqramının müsbət nəticələr verəcəyini bildirib və gəncləri gələcəkdə həyata keçiriləcək bu tipli tədbirlərdə daha fəal iştiraka səsləyib.

Açılış mərasimindən sonra təlimə start verilib. Təlim zamanı iştirakçılara foto kameraların növləri, təbiət fotolarının çəkilməsi, fotohekayələrin və fotoreportajların hazırlanması, sosial mediada fotoların paylaşılması və məhşurlaşdırılması və s. haqda ətraflı məlumatlar verilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli Gənc” Əməkdaşlıq Proqramına start verib.

“Yerli Gənc” Əməkdaşlıq Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !