Fərqanə Qasımlı: - "Tarix yazanlar" tarixi belə yazdılar

Fərqanə Qasımlı: "Tarix yazanlar" tarixi belə yazdılar

Bu gün İdman jurnalistikasının bayramı kimi qeyd olunduğundan Tarix yazanlar haqqında məqaləni bu gün yazmağı qərara aldim.
"Hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb. Bayram kimi 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının təşəbbüsü ilə keçirilir".
Ölkəmiz dünyaya səs salan tədbirlərdən birinə Baku-2015 I Avropa oyunlarına layiqincə ev sahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir azərbaycanlı kimi mənə qürur hissi yaşatdı.Oyunlar başlayan zamandan fotoqraflar və fotomüxbirlərin fotoşəkillərini çəkməyə başladım. Çünki, mən də oyunlarda fotoqraf kimi fəaliyyət göstərirdim və hər gün yorğun olmamıza baxmayaraq evə gec saatlarda gəlsək belə şəkilləri sosial şəbəkələrə yükləyirdik. Bəyənirdilər, şərh yazırdılar, ancaq bilmirdilər ki, o kadrlar hansı zəhmətin, əziyyətin nəticəsində başa gəlib.Heç yadımdan çıxmaz ki, boks oyunu zamanı azərbaycanlı oyunçuların oyununu və mükafatlandırmanı çəkərkən bizi xanım fotoqraf olaraq çox incitdilər. Qəribəsi onda idi ki, bizi hamı əcnəbi bilirdi .Hara gedirdik bizimlə ilk olaraq ingilis dilində danışırdılar. Bildikdən sonra azərbaycanlıyıq, təəccüblənib qapıları üzümüzə bağlayırdılar.Bu haqda hələ də düşünürəm, lakin cavabını tapa bilmirəm ki, görən niyə? Yaxşı ki orada olan, adı səhv etmirəmsə Harri əcnəbi vardı.. Harri ingilis dilində, mən azərbaycan dilində danışaraq nəhayət ki bir-birimizi başa düşdük.Sağ olsun,böyük köməklik etdi bizə.Harrinin bu yaxşılığını heç vaxt unutmayacam. Çətinliklərə baxmayaraq istədiyimiz nəticəni əldə etdik. Unutmayaq ki dünyaya səs salmış Baku-2015 I Avropa Oyunları zamanı çəkilmiş həvəskar ya professional fotoşəkillər nəsildən nəsillərə tarix boyu səyahət edəcək. Sonda İdman Jurnalistikası Günü münasibətilə idman jurnalistlərini və sənətindən asılı olmayaraq bütün Tarix yazanları təbrik edirəm .
P.S. Məqaləni səbr edib oxuduğunuza görə sizə də ayrıca təşəkkür edirəm.’


Fərqanə Qasımlı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !