Şəki teatrında Vaqif tamaşasına ictimai baxış olub - FOTO

Şəki teatrında “Vaqif” tamaşasına ictimai baxış olub FOTO

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın premyerasında şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər iştirak ediblər.

Rejissor Mərdan Feyzullayevin quruluş verdiyi tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Əməkdar artistlər Əbülfət Salahov (Vaqif), Xanlar Həşimzadə (Qacar), həmçinin teatrın aktyorları Akif Yusifov, Rəhim Qocayev, İqrar Salamov və başqaları ifa ediblər. İlk tamaşa uğurla başa çatıb.

Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli AZƏRTAC-a bildirib ki, yaradıcı kollektiv apreldə Hüseyn Cavidin “Şeyda” əsəri üzərində məşqlərə başlayacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !