Azərbaycan milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi: Mövcud vəziyyət, yeni yanaşmalar və islahatlar - FOTO

“Azərbaycan milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi: Mövcud vəziyyət, yeni yanaşmalar və islahatlar” FOTO

İyunun 9-da Azərbaycan Texnologiya Universitetində “Azərbaycan milli kibertehlükəsizlik sisteminin möhkəmləndirilməsi: Mövcud vəziyyət, yəni yanaşmalar və islahatlar mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkiltalarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunub.

Tədbiri giriş nitqi ilə Azərbaycan Texnologiya Universitetinin rektoru cənab Akif Süleymanov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov açaraq qlobal informasiya mühitində kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən bəhs etmişdirlər.

Tədbirin 1-ci bölməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Leyla Əliyeva təqdimatla çıxış edərək Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyəti istiqamətləri, koordinasiya və beynəlxalq əməkdaşlıq, o cümlədən kibertəhlükələr və onlara qarşı müdafiə vasitələri barəsində tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbirin 2-ci bölməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Sevinc Heydərli xüsusi təqdimatla çıxış edərək əhalinin, özəl və digər qurumların qarşılaşdığı kibertəhlükələr, 2016-cı il üzrə kibertəhlükələrin ümumi statistikası, baş vermiş kiber hücumların əsas obyektləri, kiberhücumların nəticələri və bu təhlükələrin təsiri barəsində tədbir iştirakçılarına geniş məlumatlar vermişdir.

50 nəfərdən çox universitet əməkdaşlarının, tələbələrin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məslələrinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Kibertəhlükəsizlik məslələri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar, dövlət və bizness strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi və bununla bağlı respublikamızın beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !