RİİB-in təşkilatçılığı ilə Mingəçevirdə fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub - FOTO

RİİB-in təşkilatçılığı ilə Mingəçevirdə fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub FOTO

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Sərgidə respublikanın müxtəlif regionlarından olan fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işləri nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev sərginin fiziki qüsurlu şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə, onların cəmiyyətə aktiv inteqrasiyasının təmin olunmasına, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət etdiyini bildirib.

Daha sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və açılışda iştirak edən rayon ictimaiyyəti sərgi ilə tanış olub.

Satış-sərgidə rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə və s. növlərdə 150-dən çox əl işi nümayiş olunub. Sərginin sonunda əsərlərin satışı təşkil edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !