APA Holding in əməkdaşına İslamiadada Ən yaxşı foto müsabiqəsinin qalibi mükafatı təqdim olunub - + FOTO + VİDEO

“APA Holding”in əməkdaşına İslamiadada “Ən yaxşı foto” müsabiqəsinin qalibi mükafatı təqdim olunub + FOTO + VİDEO

Bakıda keçirilən IV İslam Həmrəyliyi zamanı çəkilmiş ən yaxşı fotonun müəllifinin mükafatlandırılması mərasimi keçirilib.



Apasport.az saytının məlumatına görə, müsabiqənin qalibi olmuş “APA Holding”in əməkdaşı Nicat Əlili hədiyyəsini alıb.



Ona mükafatını “Reuters” Agentliyinin keçmiş foto redaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edib. Təcrübəli mütəxəssis Əlilinin şəklinin ekspert qrupu tərəfindən ən yaxşı foto seçildiyini açıqlayıb.



Onun sözlərinə görə, bu foto digərlərini aşkar şəkildə üstələyib: “Mən foto seçkisi zamanı fərqliliyə üstünlük verirəm. Nicatın çəkdiyi şəkil də tam fərqli olub. Bunu “Reuters” Agentliyi səviyyəsində ən yüksək qiymətə layiq foto kimi qiymətləndirmək mümkündü”.


apa.az 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !