Boks idman növü üzrə rayon birinciliyi keçirilib - (+FOTOLAR)

Boks idman növü üzrə rayon birinciliyi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən silsilə tədbirlər çərçivəsində, 09 may 2018-ci il tarixdə Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin idmançıları arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.Rayon birinciliyində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, UGİM-in direktoru Namiq Mahmudov iştirak etmişdir.Yarışın əsasmanəsinə uyğun olaraq, 2004-2005-ci il təvəllüdlü idmançılar 15 cəki dərəcəsi ürə, 2006-2007-ci il təvəllüdlü idmançılar 20 çəki dərəcəsi üzrə qalibiyyət uğrunda mübarizə aparmışlar.Yarışda qalib gələn idmançılar Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medal ilə təltif olunmuşdur.  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,