Uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi layihəsi... - (+FOTO)

Uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi layihəsi... (+FOTO)

Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin
cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi layihəsinə start verildi.

 

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01 may
2018-ci il tarixindən etibarən “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud
olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə
cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsinin icrasına başlanılmışdır.
Gəncə şəhərində, Göygöl və Samux rayonlarında yaşayan sağlamlıq imkanları məhddud
olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının daha da gücləndirilməsi
məqsədi daşıyan bu layihə sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin sosial
cəhətdən inkluzivliyinin artırılması istiqamətində keyfiyyətcə yeni, imkanların yaradılmasını
nəzərdə tutur.
Bu məqsədlə sağlamlıq imkanları məhddud olan uşaqların və gənclərin təhsil, informasiya və
məşğulluq imkanlarının artırılması, eyni zamanda ailəyə dəstək, psixoloji məsləhətlər və
cəmiyyətdə bu şəxslərə qarşı daha düzgün münasibətin formalaşması sahəsində layihə
fəaliyyətlərini həyata keçirməklə bu uşaqların və gənclərin intellektual və yaradıcı
potensiallarının aşkara çıxarılmasına, özünəinam hissinin artırılmasına və özünütəstiq
qabiliyyətlərinin gücləndirilməsinə dəstək göstəriləcəkdir.
Gəncə və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhddud olan uşaqların və
gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi məqsədi daşıyan bu layihə
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “2014-2018-ci illərdə əlilliyi olan
şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı”na və “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

 


Gəncə Avro-Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri: Mehman Xəliliov 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !