GİRDİMAN BƏLƏDÇİ KLUBU İSMAYILLI KƏNDLƏRİNDƏ ARAŞDIRMALAR APARIR - (+FOTOLAR)

GİRDİMAN BƏLƏDÇİ KLUBU İSMAYILLI KƏNDLƏRİNDƏ ARAŞDIRMALAR APARIR (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və
innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində İsrayıl Həsənov adına
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin nəzdində tarix müəllimi Təranə
Yusifovanın rəhbərliyi ilə yaradılan məktəblilərin Girdiman bələdçi klubu İsmayıllı
kəndlərində sorğular keçirir və araşdırmalar aparır.
Ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə Diyallı, Talıstan,
Xanagah, Lahıc, Basqal, Mücü, Sulut, Mollaisaqlı kəndlərində yerli sakinlər,
müəllimlər, valideynlər və məktəblilər arasında sorğular keçirilmiş, həmin
kəndlərin tarixi və folkloru araşdırılmışdır. Hacı Məcid əfəndi məscidi, Cavanşir
qalası, Qız qalası, Lahıc Tarix-diyarşünaslıq muzeyi, Basqal İpək mərkəzi, Firdağ
şəhəri, Haram qalası, Mollaisaqlı antik və ilk orta əsr nekropolunda olan klub
üzvləri hazırlanan kataloqda həmin abidələrin təqdim olunması üçün məlumat
toplamış və fotolar çəkmişlər. Hazırda kataloq nəşrə hazırlanır.
Girdiman bələdçi klubu İsmayıllının maddi və mənəvi irsinin öyrənilməsi və
təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə
fotoqrafiya, əl işləri, rəssamlıq, esse yazısı və videofilm üzrə müsabiqə elan
etmişdir.
Müsabiqəyə foto, rəsm, əl işləri, esse yazılar, film və videoçarx
nominasiyalarında iş təqdim oluna bilər.
1. Foto – Müsabiqəyə göndəriləcək fotolar jpg formatında və yüksək
keyfiyyətdə olmalıdır. Foto üzərində kəsmə, rəng, kontrast kimi bir sıra kiçik
əməliyyatlar aparıla bilər. Lakin dəyişikliklər köklü surətdə olmamalı, redaktə işləri
fotonun gerçək halını böyük qismdə əks etdirməlidir.
2. Rəsm – Müsabiqəyə təqdim etmək istədiyiniz rəsmin əvvəlcə şəklini
çəkib mail ünvanımıza göndərirsiniz. Bu şəkillər dəyərləndirilməsi üçün jüri
heyətinə təqdim olunacaq. Bəyənildiyi təqdirdə məktubla bu sizə bildiriləcək və
öz rəsm işinizlə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta
məktəbinə təqdim edəcəksiniz.
3. Əl işləri – Rəsm kateqoriyasında olduğu kimi, eynilə öz əl işlərinin şəklini
çəkib e-mail ünvanımıza göndərirsiniz. Bəyənildiyi təqdirdə əl işinizlə birlikdə
məktəbimizə gəlməyiniz sizə bildiriləcəkdir.
4. Esse yazılar - Word formatında e-mail ünvanımıza göndərməlisiniz.
Bəyənilən essenin müəllifinə məlumat veriləcək və məktəbə dəvət olunacaq.
5. Film – 2 dəqiqəlik videoçarx və ya 5 dəqiqəlik qısa film təqdim edə
bilərsiniz.
İşlər "girdimanbeledchi@gmail.com" ünvanına 30 sentyabr 2018–ci il
tarixdən gec olmayaraq göndərilməlidir. Məktubun mövzu hissəsinə “müsabiqə”
yazılmalı, ondan aşağıda qalan hissədə iştirakçının soyadı, adı qeyd edilməlidir.
Təqdim ediləcək işlərin sayına məhdudiyyət yoxdur. Hər kateqoriya üzrə qalib
gəlmiş ilk 3 yerə diplom və bütün iştirakçılara sertifikat veriləcəkdir. Qaliblər
Girdiman bələdçi klubunun 1 gecə 2 günlük düşərgəsinə qatılacaqlar. Təqdimat
14 oktyabr 2018-ci ildə Talıstan kəndində baş tutacaq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !