Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib - (+FOTO)

Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İclasdainstitutun“Funksiyalar nəzəriyyəsi”, “Dalğa dinamikası”, “Diferensial tənliklər” və “Maye və qaz mexanikası” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.

Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasına qəbul üçün riyaziyyat üzrə proqramın təsdiqi məsələsinə baxılıb və təsdiq edilib. İnstitutda keçiriləcək doktorluq imtahanlarını qəbul etmək üçün ixtisaslar üzrə komissiyanın tərkibimüəyyən edilib və təsdiq olunub.

İclasda həmçinin “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz AslanovunRusiyanın Moskva şəhərində Moskva Şəhər Pedaqoji Universiteti və Rusiya Xalqlar Dostluğu Universitetinin birgətəşkilatçılığı ilə keçirilən “Davamlı təhsilin informatizasiyası – 2018” (ICE2018) adlı beynəlxalq elmi konfransda iştirakı ilə bağlı hesabatı dinlənilib.
Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )