«Soyuq Əllər, İsti Ürək» xeyriyyə yarmarkası... - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

«Soyuq Əllər, İsti Ürək» xeyriyyə yarmarkası... +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

AZpress.AZ xəbər verir ki, dekabrın 1-dən 2019-ci il yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.
Tədbirin təşkilatçısı "Amapola Exclusive Events" şirkətidir. Oktyabrın 25-dən etibarən şirkət bu sehrli layihədə öz işini başlatdı. İstedadlı bir qrup xeyriyyə yarmarkasının Yeni il dekorasiyasının hazırlanmasında, yarmarkanın açılış və bağlanış mərasimlərinin təşkilində geniş miqyaslı və fəal iş aparır.
Tədbirin yüksək səviyyədə keçirilməsində “Nargis Fund”-a “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və Pasha Security, eləcə də baş sponsorlar olan “Boutique One”, “Azercell”, “Şamaxı Palace”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” dəstək göstərəcəklər. Bu ilki xeyriyyə yarmarkası öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.
Altıncı ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.
Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər.
“Nargis Fund” 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis olunub, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Fondun fəaliyyəti barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )