Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub - (+FOTOLAR)

Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil olunan ilkin hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub.

Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov hazırlıq kurslarınındinləyicilərinisalamlayaraq bildirib ki, gömrük orqanlarında yeni işə başlayan əməkdaşların öz peşə vəzifələrini uğurla yerinə yetirmələri, həmçinin bilik və bacarıqlarınınformalaşdırılması üçün yeni fərqli təlim proqramları ilə dərslər tədris olunur. Qulu Novruzov Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşlarının, o cümlədən Akademiyanın yüksək bilik və peşə bacarığına malik professor-müəllim heyətinin dərslərin tədrisinə cəlb edildiyini deyib. Akademiya rəisi gömrük xidməti əməkdaşlarının ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına birbaşa məsul şəxslər olduğunu nəzərə çatdırıb.Mənəvi keyfiyyətlərin çox mühüm olduğunu deyən Qulu Novruzov gömrük xidməti əməkdaşlarının mədəni davranış, ünsiyyət, bacarıq və yüksək əxlaqi-mənəvi dəyərlərə sahib olmasının da vacibliyini diqqətə çatdırıb. Akademiya rəisi təlimlərin səmərəli olacağına əminliyini ifadə edərək, dinləyicilərəuğurlar arzulayıb.

Qeyd edək ki,Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları keçirilir. Kurslarda dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !