Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyətinin İsrailə işgüzar səfəri davam edir - (+FOTOLAR)

Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyətinin İsrailə işgüzar səfəri davam edir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki,  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən "Allenby" gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub.

Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovative layihələr tətbiq edilir.

Eyni zamanda, nümayəndə heyətinə mallar və nəqliyyat vasitələrinin, şəxslərin asan və sürətli keçidinin təmin olunması, sərhəd keçmə prosesində təhlükəsizliyin təmin edilməsi üçün görülən işlər barədə məlumat verilib.

İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhəd keçmə prosesi, gömrük nəzarəti prosedurları və electron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.

"Allenby" gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !