Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər- - SİYAHI

Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər- SİYAHI

2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin, eləcə də 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə bütün vergi ödəyiciləri təqdim etdikləri mallara (işlərə, xidmətlərə) görə alıcılara elektron qaydada qaimə-faktura təqdim edirlər.

 

Elektron qaimə-fakturanın tətbiqindən ötən dövr ərzində aparılan təhlillər göstərir ki, bəzi dövlət təşkilatları, yerli özünüidarəetmə orqanları və bankların göstərdikləri iş və xidmətlərə görə təqdim etməli olduqları e-qaimə-fakturaların verilməsi onların iş yükünü çətinləşdirir. Həmin təşkilatlarda aparılan sənədləşmə işlərinin həcmi və miqyası həddindən artıq böyük olduğundan sənədləşmədə müəyyən problemlər yaranır, inzibati yük artır. Bundan əlavə, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması elektron qaimə-fakturaların tərtib edilməsini praktiki cəhətdən çətinləşdirir. Bankların müştərilərə göstərdiyi xidmətlər zamanı aparılan əməliyyatlar zamanı gündəlik əsasda çıxarış verildiyi nəzərə alındıqda isə həmin maliyyə xidmətlərinə görə elektron qaimə-fakturaların verilməsinə ehtiyac yaranmır.

 

Modern.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbov bildirib ki, bu səbəbdən elektron qaimə-fakturaların praktikada tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslərin elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından istisna edilməsi zərurəti yaranıb:

 

“Bu məqsədlə Vergi Məcəlləsinə (16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib”.

 

Onun sözlərinə görə, dəyişikliyə əsasən, vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq 2019-cu il yanvarın 1-dən aşağıdakı təşkilatların alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq:

 

· bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

· dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

· notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

 

Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !