Əlyazmalar İnstitutunun alimi Mehdi Hüseynzadənin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edib - (+FOTOLAR)

Əlyazmalar İnstitutunun alimi Mehdi Hüseynzadənin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 23 iyun 2018-ci il tarixli sərəncamına uyğun olaraq Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi əfsanəvi qəhrəmanın adını daşıyan Abşeron rayonu, 1 saylı Novxanı kənd tam orta məktəbində təntənəli şəkildə qeyd olunub. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, respublika ictimaiyyətinin tanınmış nümayəndələrinin və qəhrəmanın ailə üzvlərinin iştirak etdiyi yubiley tədbirinə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov da qatılıb.

Tədbirin əvvəlində Novxanı kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyulub. Sonra tədbir iştirakçıları Mehdi Hüseynzadənin adını daşıyan məktəbdə onun xatirəsinə yaradılmış muzeylə tanış olub, məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiyaya tamaşa ediblər.
Əlyazmalar İnstitunun elmi katibi Əzizağa Nəcəfov qonaqlar, məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış edərək Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərində, Sloveniyada partizan qrupu tərkibində apardığı kəşfiyyat əməliyyatlarından danışıb. O, həmçinin qəhrəmanın bir rəssam, bir şair kimi də tanındığını bildirib, onun poetik və epistolyar irsi barədə söhbət açıb. Alim bu əfsanəvi şəxsiyyətin şəxsi arxiv materiallarının toplanaraq Əlyazmalar İnstitutuna təhvil verilməsinin də vacibliyini gündəmə gətirib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !