UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq - (+FOTOLAR)

UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 10 yanvar 2019-cu il tarixində UNİCEF-in Aərbaycan nümayəndəliyində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla nümayəndəliyin rəhbəri Edvard Karvardin arasında görüş keçirilmişdir. Görüşdə Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. İ.Rəhimov qeyd etmişdir ki, ölkəmizdə uşaq paralimpiya hərəkatı yarandığı ilk dövrdən UNİCEF-in Azərbaycan nümayəndəliyi hərəkatın inkişafına daima dəstək vermiş və bunun nəticəsi olaraq hazırda respublikanın regionlarından yüzlərlə sağlamlıq imkanları məhdud uşaq 8 idman növündə bu hərəkata qoşulmuşlar. E.Karvardin beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində uşaq paralimpiya hərəkatının yaradılması sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmalarına, eyni zamanda onların reabilitasiyasına güclü təkan verdiyini bildirdi. O, bundan sonra da bu hərəkata dəstək verəcəklərini qeyd etdi.

Görüşdə Uşaq paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə növbəti beş il müddətinə UNİCEF-in Azərbaycan nümayəndəliyi və Milli Paralimpiya Komitəsi arasında Memorandumun imzalanması və bu məqsədlə işçi qrupunun yaradılması qərara alınmışdır.

Qeyd edək ki, 2013-cü ilin sentyabr ayında beynəlxalq təcrübədə ilk dəfə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişaf etdirilməsi məqsədi ilə həmin ilin oktyabr ayında UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Milli Paralimpiya Komitəsi arasında anlaşma Memorandumu imzalanmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !