Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur - (+FOTO)

Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur (+FOTO)

 AZpress.AZ xəbər verir ki, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və həmin müəssisəninin frastruktur üzrə director müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov Azərbaycan Respublikası Ekologiyavə Təbii Sərvətlər Nazirliyində olublar.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsindən Mehman Nəbiyev, Xidmət sahələrinin təşkili şöbəsindən Zamin Orucov, Nəqliyyat departamentinin müdiri Fizuli Babayev, eləcə də Ətraf mühit və sərvətlərin tənzimlənməsi şöbəsindən Mirsalam Qənbərov iştirak ediblər.

Görüş çərçivəsində iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə istehsal edilən sənaye və sürtkü yağları, həmçinin beynəlxalq akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Alim bildirib ki, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması rəhbəri olduğu qurumun əsas hədəflərindəndir.

Görüşdə YT Parkda istehsal olunan yağ və sürtkü məhsullarının dövlət satın alınması məsələləri barədə müzakirələr aparılıb.

YT Parkda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən innovative layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının böyük marağına səbəb olub.

Yaxın gələcəkdə nazirlikdən olan nümayəndə heyətinin tanışlıq məqsədilə bu quruma səfərinin təşkili ilə bağlı qərar qəbul edilib.

Sonda YT Park ilə nazirlik arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )