Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib - (+FOTOLAR)

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, fevralın 28-də Dövlət Gömrük Komitəsində xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə son yeniliklərlə bağlı seminar keçirilib.

Tədbirdə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, Komitənin aidiyyatı sturuktur bölmələrinin rəhbərləri, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə, sahibkarlar və media nümayəndələri iştirak ediblər.

Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına münbit şərait yaradıb.

Bildirilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl Dəhliz” buraxılış sistemi məmur-vətəndaş təmasının minimuma endirilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda, bu sistem sahibkarlar arasında könüllü riayət prinsipini də formalaşdıracaq.

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov qeyd edib ki, gömrük sistemində aparılan islahatlar nəticəsində fiskal siyasətin icra edilməsi sahəsində də uğurlu nəticələr əldə olunub. “Yaşıl Dəhliz” buraxılış sistemi və digər innovativ tətbiqlər gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə yanaşı, maliyyə intizamının gücləndirilməsinə də münbit şərait yaradıb. Mirqasım Vahabov bildirib ki, həyata keçirilən islahatlar və innovativ tətbiqlərin məqsədi biznes mühitinin yaxşılaşdırılması, xarici ticarət iştirakçılarına münbit fəaliyyət şəraitinin yaradılmasıdır.

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılmış iqtisadi islahatlar”, “Yaşıl Dəhliz” buraxılış sistemi üzrə rəsmiləşdirmə” adlı təqdimatlarla çıxış edib, “Yaşıl dəhliz” buraxılış sistemi və qısa idxal bəyannamələrinin doldurulması və təqdim edilməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb və Komitənin aidiyyatı sturuktur bölmələrinin rəhbərləri tərəfindən xarici ticarət iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !