“Məktəb və teatr” layihəsi çərçivəsində növbəti tədbir keçirildi - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

“Məktəb və teatr” layihəsi çərçivəsində növbəti tədbir keçirildi + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

https://web.facebook.com/groups/232461030668048/

 

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Məktəb və teatr” layihəsi çərçivəsində növbəti görüşünü martın 2-də şəhər 10 saylı tam orta məktəbinin müəllim və şagirdləri ilə keçirib. Azpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qadir Axundov teatr-məktəb münasibətlərindən, teatr tamaşalarının gənc nəslin mənəvi tərbiyəsində və dünyagörüşünün artmasındakı mühüm rolundan danışıb.
Teatrın direktoru Tofiq Heydərov isə çıxışı zamanı rəhbərlik etdiyi kollektivin son illərdəki uğurları, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə ətraflı məlumat verib.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rejissor, Əməkdar artist Adil Zeynalov, teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisalar Şarud Mehdiyeva və Qızılgül Quliyeva teatrla məktəblərin münasibətlərinin möhkəmləndirilməsi üçün əllərindən gələn köməyi, lazım olan dəstəyi göstərməyə həmişə hazır olduqlarını bildiriblər. Çıxışlarda məktəblərdə özfəaliyyət dram dərnəklərini yaratmaqla, müxtəlif səviyyəli festival və müsabiqələr keçirməklə uşaqları əsl sənət meyarları ilə tanış etməyin mümkünlüyü vurğulanıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov Lənkəran Dövlət Dram Teatrının "Məktəb və teatr" layihəsini təqdir edərək, teatrın kollektivinə təşəkkürünü bildirib və rayonun digər təhsil müəssisələrinin də bu layihəyə qoşulacağına əminliyini ifadə edib.
Əməkdar artist Sucəddin Mirzəyevlə aktrisa Qızılgül Quliyevanın ifasında nümayiş olunan dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” tamaşasından bir parça müəllim və şagirdlər tərəfindən alqışlarla qarşılanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )