AzTU-da İİV/QİÇS-infeksiyası ilə bağlı profilaktik aksiya keçirilib - (+FOTOLAR)

AzTU-da İİV/QİÇS-infeksiyası ilə bağlı profilaktik aksiya keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Mayın 14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə
Mərkəzinin həkimləri tərəfindən Azərbaycan Texniki Universitetində
(AzTU) İİV/QİÇS-infeksiyası ilə bağlı  profilaktik aksiya keçirilib.
Əvvəlcə tələbələrə İİV/QİÇS-infeksiyası haqqında geniş məlumat verilib. Qeyd
olunub ki, AzTU tələbələri hər il QİÇS-lə bağlı müayinəyə cəlb olunurlar.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri bildiriblər
 ki, İİV-İnsanın İmmunçatışmazlığı Virusudur. Bu virus insanın müxtəlif
infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək,
sonda tamamilə onu sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı
Sindromu (QİÇS) əmələ gəlir. İİV-infeksiyasının ilk əlamətləri yarananadək bir
neçə il keçə bilər. Bu müddət ərzində İİV-infeksiyasına yoluxmuş insan bilmədən
başqalarını da yoluxdura bilər.
Daha sonra tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Müayinə
nəticələrinə görə AzTU-da QİÇS-ə yoluxma halı aşkar olunmayıb.QİÇS-lə
Mübarizə Mərkəzinin həkimləri tələbələrə QİÇS-lə bağlı məsləhətlər verib və
onlara xəstəliyin profilaktikası barədə maarifləndirici məlumat materiallarını
təqdim ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )