VƏTƏNDƏN UZAQLARDA VƏTƏNLƏ - - Rafael Hüseyn yazır.. (+FOTOLAR)

VƏTƏNDƏN UZAQLARDA VƏTƏNLƏ - Rafael Hüseyn yazır.. (+FOTOLAR)

Iş elə gətirdi ki, bu muzeylər gününü Azərbaycandan xeyli aralıda, amma özü büsbütün muzey olan və muzeyləri bol Parisdə qarşıladam.
Lakin Bakıda Nizami muzeyinin bütün zallarında da, muzeyin Mərdəkandakı filialında da, Kürdəmir şəhərində yerləşən Aran regional filialında da kameralar quraşdırmışıq və gün boyu mən Fransa paytaxtında ola-ola hər an oraları izləyirdim.
Bu gün muzeyimizdə açıq qapı günü idi və səhər saatlarından axşamadək minlərlə ziyarətçi həm Bakıda, həm Mərdəkanda, həm Kürdəmirdə qaonağımız oldu.
Gün ərzində vaxt olduqca telefonumdan birbaşa oralara qoşulur, baş verənləri canlı izləyirdim.
Və sevinirdim!
Sevinirdim ki, insanlarımızda, xüsusən gəncliyimizdə muzeyə belə rəğbət, sevgi, canatma var.
Muzey hər şeydın əvvəl tarix, yaddaş, mənəvi irsimiz, yaşamalı ənənələrimiz deməkdir.
Azərbaycan insanında, illah da gəncliyimizdə bu dəyərlərə maraq sönmürsə, əksinə, çox dəyərlərin dəyərsizləşdiyi, yerini başqa dünyagörüşlərinə verdiyi indiki çətin əyyamlarda bu həvəs bizlərdə varsa, uğurla davam edirsə, deməli sabahlara ümidlə baxmağa haqqımız var.
Və mən də bu gün, mayın 18-də Parisdə, Sen-Klu şəhərciyindəki muzeyə getmişdim.
Sadəcə tamaşaçı kimi yox.
Azərbaycan üçün çox əhəmiyyətli olan bir tarixi-mədəni layihə ilə bağlı danışıqlar aparmaqçün.
Sen-Klu şəhərciyi merinin mədəniyyət məsələləri üzrə müavini xanım Segolene de Larminat və Sen-Klu şəhəri muzeyinin direktoru xanım Emmanuele LE BAİL ilə söhbətlərimiz yetərincə səmərəli oldu.
Bəhrəsini lap yaxın aylarda görəcəksiniz. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )