...gerizəkalı-danqabaş(lar) bunu edib... - - Etibar Hüseynovun haqlı iradı(ViDEO+FOTO)

...gerizəkalı-danqabaş(lar) bunu edib... - Etibar Hüseynovun haqlı iradı(ViDEO+FOTO)

Yasamal. H.Zərdabi pr. "Tri karona" deyilən binalarla üzbəüz, 32 saylı MKİS-in ərazisi. Ağacların dibini asfaltlayıblar. Sakinlərden öyrəndim ki, 2-3 ilin "əl işi"di. Bir şeyi anlaya bilmirəm e: tutalım ki, hansısa gerizəkalı-danqabaş(lar) bunu edib; bəs bu neçe ildə, ətrafda yaşayan yüzlərlə sakin niyə buna yol verib, etiraz etməyib, səsini çıxarmayıb? Deyirəm, burdan-bura, ayağımızın altında olan Bakımızın qeydinə qala,sahib çıxa bilmirik, hələ ölməz-ölməz Qarabağ, Zəngəzur, Borçalı, ay nəbilim Dərbənd, Təbriz qışqırırıq.. 

 

                                                                             ***

 

Yasamal rayonu ərazisinde qosqoca ağacların dibinin asfaltlanması barədə video-fotonu dünən axşam paylaşmışdım. Bu gün ərzində "Xezer Tv", daha sonrasa Ekologiya nazirliyinin mətbuat xidmətindən zəng edib ərazinin dəqiq ünvanını soruşdular. Nətice oldu, ağaclar xilas edildi. Amma heç kəsə "sağ olun" deməyəcəm. Çünki, bu gün bildim ki,həmin ağacların dibi 15(!!!!!!!) il əvvəl hansısa "Samir MTK" tərəfindən asfaltlanıb. Eşidirsinizmi 15 il. Və bu müddət ərzində əraziyə cavabdeh İcra, bələdiyyə, MİS, sahə müvəkkili bir tərəfə, ətrafda yaşayan 100-lərlə sakin, buradan ötüb keçmiş yüz minlərlə vətəndaş da özünü "kor"luğa vurubmuş. Heç biri səsini çıxarmayıb, heç biri özünü əziyyətə salıb telefonla çəkib sosial şəbəkədə paylaşım etməyi belə lazım bilməyib. Ona görə də heç kəsə "sağ ol" düşmür. Hələ ki, o ağaclara qarşı vicdansızlıq etmiş "Samir MTK" tapılıb ifşa edilib cəzalandırılmayıb, üzlərinə tüpürülüb lisenziyadan məhrum edilməyib, heç kəs, heç nəyə layiq deyil. Qarabağ- Qarabağ deyirik. Ətrafımızda bu cür "danqabaş"lar dura-dura, başında beyin əvəzine peyin gəzdirənlər nəfəs ala-ala Qarabağı qaytarmaq bizə lazımdırmı? Qarabağ qayıtsaydı indi bu "həşərat"lar çoxdan Cıdır düzünə hasar çəkmişdi, İsa bulağına şlaqbaum qoymuşdu, "İsti-su" nu özəlləşdirmişdi. Şuşa dağlarının başı dumandan deyil, kabab tüstüsündən görünməz olmuşdu. Ermənilərin zaman-zaman çəkdikləri kadrlara hamınız baxıbsınız. Bir ağacın budağını da kəsməyiblər, Şuşada bircə dənə də olsun kafe-restoran tikməyiblər. Hətta Paşinyan gədəndə belə yemək- içmək məclisini də hansısa çadırın altında edir. Əşşi, nəysə e:((( .

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !