İqtisadiyyat naziri Ağcabədi rayonunda vətəndaşları qəbul edib - +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

İqtisadiyyat naziri Ağcabədi rayonunda vətəndaşları qəbul edib +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

İyunun 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZpress.AZ-ın bölgə müxbirinə bildirilib ki, həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağdamda Bərdə və Ağdam, Sahib Məmmədov isə Tərtər rayonunda Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşlarla görüşüblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb. Ümumilikdə qəbullarda 90-dək vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “Ağcabədi-taxıl” aqroparkında olub, aparılan işlərlə yerində tanış olub. Ərazisi 3000 hektar olan aqroparkın 1500 hektarlıq ərazisində taxıl əkilib. Hər hektardan məhsuldarlıq 45-50 sentnerdir. Artıq aqroparkda 6 min ton buğda və 5 min ton arpa yığılıb. Hazırda isə taxıl biçini davam edir və biçilmiş sahədə dənli qarğıdalı əkini aparılır. Aqroparkda 30 min tonluq taxıl anbarı var.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !