Beynəlxalq Türk Akademiyası yanında "Dil və Terminologiya" Daimi Komissiyası qurulub - (+FOTOLAR)

Beynəlxalq Türk Akademiyası yanında "Dil və Terminologiya" Daimi Komissiyası qurulub (+FOTOLAR)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dil sahəsində səlahiyyətli qurumların rəhbərləri ilə dil mütəxəssisləri Qazaxıstanın paytaxtı Nur-Sultanda bir araya gəlib. Toplantıda mütəxəssislər Beynəlxalq Türk Akademiyası (BTA) yanında "Dil və Terminologiya" Daimi Komissiyasının qurulması barədə razılıq əldə ediblər. Eyni zamanda, türk dillərində birgə leksikoqrafiya, terminologiya, onomastika, orfoqrafiya, orfoepiya, transkripsiya və digər sahələrdə ilkin mərhələdə layihələrin həyata keçirilmə mexanizmləri müzakirə olunub.
Əldə olunan razılığa əsasən, “Dil və Terminologiya” Daimi Komissiyası BTA-ya üzv ölkələrin dil sahəsində səlahiyyətli qurumlarının rəhbərləri və dil mütəxəssislərindən ibarət məsləhətləşmə orqanı funksiyasını yerinə yetirəcək və dil sahəsində birgə elmi fəaliyyətə dair tövsiyə və təkliflər irəli sürəcək.
Daimi Komissiya, fəaliyyətində Türk Şurasının qurulmasına dair Naxçıvan Müqaviləsini, Türk Şurası Zirvə görüşlərinin Qərarlarını, Türk Şurası Təhsil Nazirləri Şurası və Beynəlxalq Türk Akademiyası Elmi Şurasının iclaslarında qəbul olunan Qərarları və "Dil və Terminologiya" Daimi Komissiyasının Qaydalarını əsas götürəcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !