"Günəşin Nuru 2" antologiyasının Bakı təqdimatı oldu - ViDEO+FOTOLAR ( AZpress.AZ - Esmira Günəş) YENİLƏNDİ

"Günəşin Nuru 2" antologiyasının Bakı təqdimatı oldu ViDEO+FOTOLAR ( AZpress.AZ - Esmira Günəş) YENİLƏNDİ

AZpress.AZ xəbər verir ki, 30 iyun "Günəşin Nuru 2" antologiya layihəsinin Bakı şəhəri Milli Hüquq Evində növbəti təqdimatı oldu. Təqdimatdan əvvəl kitabda şeirləri nəşr olunmuş şairlər antologiyanın rəhbəri şairə və teleaparıcı Esmira Günəşin dəvəti ilə AYTV1 kanalında "Günəşin Nuru" verilişinin qonağı oldular. Maraqlı keçən verilişdə şairlər şeirlərini səsləndirdi, Esmira Günəş isə layihəsində iştirak edən şairlərin istedadını qiymətləndirərək hər birini "İstedad Diplomu" ilə təltif etdi. AYTV1 kanalının baş direktoru Məleykə Göyçəli Esmira Günəşin əziyyətlərini qiymətləndirərək onu da AYTV1in İstedad Diplomu ilə təltif etdi. Bütün kollektiv birlikdə tort kəsərək verilişi şirin xatirələrlə sona çatdırdılar. Daha sonra birlikdə Milli Hüquq Evində təşkil olunan təqdimata getdilər. "Günəşin Nuru 2" antologiyasında iştirak edən şairlərdən Aslan Tərtərlinin, Ayşən Rəhimin,
Eltəkin Hümbətin, Hünər Zəkinin, Qərənfil Arifqızının, İmran Zərdablının, Natiq Dənizin, Ömər Səmədovun, Səbuhi Səfəroğlunun, Seyyid Mirisgəndər Məlikoğlunun, Səbahəddin Məmmədovun, Sevil Gül Nurun iştirak etdiyi tədbiri antologiyanın rəhbri Esmira Günəş açıq elan edərək ilk öncə bu layihənin məqsədindən, ədəbiyyatımıza faydalarından və qısa zamanda qazandığı uğurlardan danışdı. "Günəşin Nuru" antologiyasının ilk nəşrini təqdim etdikdən sonra növbəti "Günəşin Nuru 2" antologiyasının iştirakçılarını təqdim etdi. Təqdimatda şairlər şeirlərini səsləndirdilər. Müəyyən səbəblərə görə iştirak edə bilməyən, lakin şeirləri antologiyada yer alan İmran Aşiqin, Ceyhun Adiloğlunun, Çiçək Tağıyevanın, Fatimə Səhhətqızının, Nahidə Elmanın, Orxan Məmmədovun, Şəhla Vahidin və Ülviyyə İbrahimovanın şeirlərini isə digər şairlər səsləndirdi. Həmçinin təqdimatda gənc şairlərdən Hidayət Sönməz, Asim Sabiroğlu və Dəniz Ruzgar da ürək sözlərini dilə gətirərək gənclərin uğuruna sevindiklərini bildirdilər. Çəkilişini AZ.press.AZ saytının etdiyi təqdimatda "Günəşin Nuru 2" kollektivi istedad diplomu ilə təltif olundu. Sonra qonaqlar şairlərdən imzalı kitab əldə edərək, onlarla xatirə şəkilləri çəkdirdilər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !