Azərsu Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması layihələrini davam etdirir - (+FOTOLAR)

“Azərsu” Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması layihələrini davam etdirir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Sabunçu rayonunun 5 qəsəbəsində içməli su layihələri həyata keçirilir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Hazırda yaşayış məntəqələrində yeni içməli su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri davam etdirilir.

Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Nardaran və Bilgəhqəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Hazırda Maştağa və Zabrat qəsəbələrində yeni şəbəkələrin tikintisi davam etdirilir.

Bu qəsəbələrdə müxtəlif diametrli borularla 11 km paylayıcı su xətlərinin inşası nəzərdə tutulub. Yeni tikilən şəbəkələrdən evlərə birləşmə verilərək sayğaclar quraşdırılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Yeni su xətləri istismara verildikdən sonra əhali dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə Sabunçu rayonunun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.

Qeyd edək ki, layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində içməli su təchizatı əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su xətləri olmayıb, əhali içməli suya olan tələbatını quyu suları və maşınla uzaq məsafələrdən daşıyaraq ödəyib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !