"Qadınların zorakılığa məruz qalmaması üçün maarifləndirmənin təşkili" adlı layihə çərçivəsində dəyirmi masa keçirilmişdir - (+FOTO=3)

"Qadınların zorakılığa məruz qalmaması üçün maarifləndirmənin təşkili" adlı layihə çərçivəsində dəyirmi masa keçirilmişdir (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı ilə"Qadın və qızların gender əsaslı zorakılığa məruz qalmaması üçün preventiv tədbirlərin görülməsi məqsədilə maarifləndirmənin təşkili"adlı layihə cərçivəsində Bakıda dəyirmi masa keçirilmişdir.

Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə Mingəçevir və Şəmkirdə hər bolgədən 40 nəfər qız və qadınların iştirakı ilə keçirilən 4 günlük seminarların məntiqi davamı olan və həmçinin layihənin icrasının yekunlarını əhatə edən dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şura üzvü və katibi Nərgiz Xələf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komirtəsinin Qadın Problemləri və Gender Məsələləri şöbəsisinin əməkdaşı Sədaqət xanım,3 qat dünya və 2 qat Avropa çempionu, Azərbaycan Respublikası idman ustası və ictimai-siyasi xadim,Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Parataekvando üzrə öz çəkisində Dünya reytinqi üzrə 1-ci yer sahibi, Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasıyası"İctimai Birliyinin sədri Aynur Məmmədova, QHT rəhbərləri Zenfira Mustafayeva, Dünyaxanım Əliyeva, Səbinə Kərimova, Cəmilə Abdulova, Rəhilə Mehdiyeva, Dinara Bayramlı, Bəsti Nəsibova, Qəmzə Yusubova, Maral Zamanova, bələdiyyə üzvləri Səbinə Abdullayeva, Simuzər Xalıqova, peşə təhsili və ümumi təhsil müəssisələrindən Aytac Rzayeva, İlahə Zamanlı, eyni zamanda media nümayəndəsi Ramina Eyvazqızı və könüllülər iştirak ediblər. Layihə rəhbəri Nailə İsmayılova layihənin icrasıyla bağlı ətraflı və geniş açıqlama verdi. O, çıxışında layihənin nəticələrinə istinad edərək bildirdi ki, layihənin davamlılığına ehtiyac var və bu istiqamətdə maarifləndirmə işinin aparılması zəruridir. Layihənin mövzusu ətrafında Nərgiz Xələf və Sədaqət xanım çıxış edərək məişət zorakılığın bütün dünyada hökm sürdüyünü ifadə etdilər. Layihə üzrə ekspert Nəzakət Balabəyova layihənin icrasıyla bağlı öz rəyini bildirdi. O, gender əsaslı məişət zorakılığının qarşısının alınmasıyla bağlı beynəlxalq praktikanı, əsasən də Avstriya təcrübəsini nümunə olaraq izah etdi və bu barədə tədbir iştirakçılarını bilgiləndirdi. Nəzakət xanım ekspert olaraq layihənin icrasının nəticələrini qənaətbəxş qiymətləndirdi, eyni zamanda layihənin keçirilmə məqsədini izah edərək bildirdi ki, gender əsaslı zorakılıq cəmiyyətdə müxtəlif fəsadlar törədir və bu fəsadların baş verməməsi üçün ilk növbədə ölkə başçısının imzaladığı sərəncama əsasən 2010-cu qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun” rəhbər tutulmalıdır və buna əsasən də preventiv tədbirlər görülməlidir.
Mövzu ətrafındakı qızğın müzakirələr çay süfrəsi arxasında davam etdi. Müzakirələr zamanı tədbir iştirakçılar həyatda rastlaşdıqları hadisələrdən bəhs etdilər və bu hadisələrin neqativ tərəfləri haqqında fikir mübadiləsi apardılar.

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !