Beynəlxalq Astronomiya İttifaqı dünya ölkələrinin səmaya imza atması üçün qlobal layihəyə start verib -

Beynəlxalq Astronomiya İttifaqı dünya ölkələrinin səmaya imza atması üçün qlobal layihəyə start verib

 AZpress.AZ xəbər verir ki, 2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 100 illiyini qeyd edir. Bu münasibətlə Beynəlxalq Astronimiya İttifaqı dünya ölkələrinə ulduzlara ad vermək imkanı yaradıb. Belə ki, “BAİ100 Ekzoplanetləri Adlandır” qlobal layihəsinin iştirakçı ölkələri onlar üçün təyin edilmiş bir ekzoplanet və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alır.

Milli Müsabiqələr 2019-cu ilin iyun-noyabr ayları aralığında həyata keçiriləcək və BAİ100 Ekzoplanetləri Adlandır İdarə Heyyətinin yekun qiymətləndirməsindən sonra yekun nəticələr 2019-cu ilin dekabr ayında elan ediləcək.

Bu müsabiqədə hər kəs iştirak edə bilər və ümumi qaydalara uyğun olmaq şərtilə, istədiyi iki adı (ulduz və planet üçün) təklif edə bilər. Bunun üçün hiperlinkdən istifadə edərək, təklif formasını doldurmaq kifayətdir.

Beynəlxalq Astronomiya İttifaqı səmavi cisimlərin adlarının təyin edilməsi üçün məsul orqandır. BAİ, beynəlxalq əməkdaşlığın 100 illiyini qeyd edərkən, qlobal özünəməxsusluğun əhəmiyyətinə diqqət çəkmək məqsədilə, bu layihə ilə insanların qardaşlaşmasına tövhə vermək istəyir.

Qeyd edək ki, bu, tarixdə ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən ikinci belə müsabiqədir. Birinci müsabiqə 2015-ci ildə baş tutub və müsabiqə çərçivəsində 19 ekzoplanetə ad verilib.
Hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb. HD 152581b ekzoplaneti 2011-ci ildə kəşf edilmiş nəhəng qaz planetidir.

Müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.

Hər kəsi bu müsabiqədə iştirak etməyə dəvət edirik!

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !