Şair Məhsəti Musanın Üçüncü səs adlı kitabının təqdimatı keçirilib - +FOTO=70 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Şair Məhsəti Musanın “Üçüncü səs” adlı kitabının təqdimatı keçirilib +FOTO=70 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

  Ağcabədi Pedaqoji Kollecində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ələk” ədəbi məclisinin rəhbəri, prezident təqaüdçüsü Məhsəti Musanın yeni çapdan çıxmış “Üçüncü səs” adlı beşinci şeirlər kitabının təqdimatı keçirilib.

AZpress.AZ- -ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktoru, Respublikanın Əməkdar Müəllimi Mirələm İbrahimov “Üçüncü səs” adlı şeirlər kitabı və şairin yaradıcılığı barədə ətraflı məlumat verdikdən sonra sözü AYB-nin üzvü, şair, tədbirin aparıcısı Gündüz Sevindiyə verdi.

Gündüz Sevindik təşkilatçılıq işində verdiyi böyük dəstəyə görə Ağcabədi Pedaqoji Kollecinin rəhbərliyinə təşəkkürünü bildirmiş və “Üçüncü səs” şeirlər kitabının işıq üzü görməsi münasibətilə Məhsəti xanımı təbrik etmişdir.

Sonra şairin kitabının ətrafına çıxışlara başlanılmışdır. Respublikanın Əməkdar Müəllimi Zəhra İbrahimova, şair, publisist, AYB-nin üzvü, kitabın ön söz müəllifi Elşən Əzim, şair, AYB-nin üzvü Yusif Kamal, şair, “ARAN” qəzetinin müxbiri Adil Misirli, şair, yazıçı, AYB-nin üzvü Tahirə İsaqızı, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi Rayon İcra hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, Ağcabədi Pedaqoji Kollecin müəllimi Əsmər Əkbərova, şair, AYB-nin üzvü Zahid Eloğlu, şair Vəli Qurbanoğlu, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, gənc şair Xəzangül Qədimli və digərli çıxış edərək şairi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.

Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Elgün Quliyev şairin şeirlərini səsləndirdi.
Sonda söz tədbirin səbəbkarı, şair Məhsəti Musaya verildi. Məhsəti Musa təşkilatçılıq işinə görə Ağcabədi Pedaqoji Kollecinin rəhbərliyinə, habelə tədbir iştirakçılarına sonsuz təşəkkürünü bildirmiş və öz yaradıcılığından müxtəlif nümunələr səsləndirmişdir.

Tədbirin sonunda şair imzalı kitablarını öz oxucularına hədiyyə etmiş və xatirə şəkilləri çəkilmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !