ZAQATALA, ŞƏKİ VƏ BALAKƏN RAYONLARINDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB - (+FOTO=3)

ZAQATALA, ŞƏKİ VƏ BALAKƏN RAYONLARINDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 05 noyabr 2019-cu il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Zaqatala rayonunda sakinlərlə görüşüb. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Şəki, Ceyhun Şıxəliyev isə Balakən rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra televiziyalara açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, Azərbaycanda qazlaşma işləri cənab Prezidentin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. O, əlavə edib ki, bu il də dövlət büdcəsindən ayrılan vəsait hesabına bölgələrdə və Bakı şəhərində qazlaşdırma işləri görülməkdədir: “Artıq son mərhələdəyik. Tamamlanma işləri gedir”. Payız-qış mövsümünə hazırlıq məsələlərinə toxunan R.Əliyev qeyd edib ki, bütün əlaqədar strukturlara tapşırıq verilib, yerlərdə qeydə alınan narahatlıqlar vaxtında aradan qaldırılacaq.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !