Metroda uşaqların oğurlanması xəbəri ilə bağlı - -AÇIQLAMA

Metroda uşaqların oğurlanması xəbəri ilə bağlı -AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən AZpress.AZ-a verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir.
“Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə, məlumatda qeyd edilib.
Xatırladaq ki, sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !