Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı olub - -FOTO=78 (Rüstəm İsmayılov AZpress.AZ)

Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı olub -FOTO=78 (Rüstəm İsmayılov AZpress.AZ)

Dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, yeni tərtibatla hazırlanmış bu zalda ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiya və geyim eskizləri, əlyazmalar, fotolar, tamaşa və filmlərdən fraqmentlər virtual olaraq sərgilənib. Təqdim olunan materiallarda C.Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunub.
Azərbaycan Prezidentinin görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamını xatırladan Mədəniyyət naziri Əbülfəs Qarayev deyib: “Cabbarlının 120 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planına əsasən il ərzində görkəmli ədibin yubileyi mədəniyyət, elm və təhsil ocaqlarında keçirilməkdədir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılan Cabbarlı zalının açılışı da bu tədbirlər sırasındadır”.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 85 illik tarixi yol qət etdiyini söyləyən nazir ötən müddət ərzində bu mədəniyyət ocağının görkəmli ədibin irsinin yaşadılması və təbliği istiqamətində çox böyük işlər gördüyünü söyləyib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !