DİN-dən Elza Seyidcahanın döyülməsi iddiası ilə bağlı - AÇIQLAMA

DİN-dən Elza Seyidcahanın döyülməsi iddiası ilə bağlı AÇIQLAMA

Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.
AZpress.AZ xəbər verir ki, axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.
“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.
Azad Azərbaycan televiziyasının jurnalisti Vüqar Kamiloğlu İnstaqram hesabından Elza Seyidcahanın hazırda Azərbaycan Tibb Universitetinin xəstəxanasında müalicə alması ilə bağlı fotolar paylaşıb və bildirib ki, müğənni təcili yardım vasitəsilə ağır vəziyyətdə Şabrandan Bakıya gətirilib.
“Elza xanımın vəziyyəti elə də yaxşı deyil. Qolları qalxmır, təzyiqi çox yuxarıdır”, - deyə Kamiloğlu bildirib.
Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !