Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) - Ağalar İDRİSOĞLU-70

Öz dəsti-xətti olan sənətkar - (Portret cizgiləri) Ağalar İDRİSOĞLU-70

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 70 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlarına özünün istedadı, böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün, səbrinin və yaxşı təşkilatçılığının hesabına nail olub.
Çünki onun həyat tarixçəsinin və keşməkeşli ömrünün qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq.
Ağalar İdrisoğlu (Mehdiyev) 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları və Cənub bölgəsində məşhur olan Miniətür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) darm və kino aktyorluğu fakültəsinə gətirib. Dörd il SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil alıb. O, 1975-ci ildə həmin ali məktəbin dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Şəki Dövlət Dram Teatrına getsə də altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A. V. Lunaçarski adına Dövlət Teatr Sənənti İnsitutunun ( indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə isə həmin ali məktəbin musiqili teatrlar rejissorluğu fakültəsini əla qiymətlərlə bitirib.
Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olur. İlk miniətürləri və məqalələri 1966-67-cı illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. O, 50 ildən çoxdur ki, ədəbiyyat və 50 ilə yaxındır ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oyanıb və rejissor kimi 140-dan çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.
O, 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.
Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik elədiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.
Ömrünün 50 ilindən çoxunu bədii yaradıcılığa həsr eləyən Ağalar İdrisoğlu nasir, daramatur, publisist, jurnalist kimi “Ramiz İslanoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün səlmaməsi” pomanlarının, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatin astanasında”, “Qonaq”, “Məhəbbətsiz həyat”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər, “Hörmüçək toru”, “Qibləgahım Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalarçün ssenarilərin, 150-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1000-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazıların, müsahibələrin müəllifidir.
Ağalar İdrisoğlunun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə), “Milyonları xalq üçün xərcləyən İnsan” ( Rəhman Orxanla birlikdə), “İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə), “Mümkün olmayanı mümkün eləyən rəhbər” ( müştərək) kitabları çap olunub. Altı kitabı – “Şah İsmayıl” ( pyeslər toplusu), “Əbləhlərin son oyunu” ( hekayələr, novellalar, esselər, elegiyalar toplusu), “Sərhədsiz dünyamız” sənədli, publisit romanı, “Hər biri bir dünya olan insanlar” ( publisist əsərləri), “Kəfənini geymiş qoca” ( povestlər toplusu) və Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin ömür yoluna həsr olunan “Teatr sənətinin ağişi” kitabları çapa hazırlanır. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib.
Onun özünün yazdığı pyesləri və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.
Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ( indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq gərülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.) “İnan mənə” pyesi 1986-cı ildə SSRİ daramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub.
Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi isə Mədəniyyət Nazirliyinin pul mükafatına, diplomlarına layiq görülüb.
1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası SSRİ-nin 15 Respublikaları kollektivləri arasında ən yaxşı tamaşa kimi “Qızıl” medala layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi ( mərhum Baba Rzayevlə birlikdə) Ağalar İdrisoğlu da “Qızıl” medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənglərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivin bir neçə üzvünə də “Qızıl”, “Gümüş” medallar verilib. 2005-ci ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medala layiq görülüb.
O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun, onun ətrafında olan rayonların və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və teatr sahəsində ilk Əməkdar incəsənət xadimidir. Məhz onun böyük təşkilatçılığının, ideyasının sayəsində Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrilə bu teatra əlavə 80 ştat verilib.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil eləyib.
Ağdam və Sumqayıt Dövlət teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olsa da, Ağalar İdrisoğlu bu teatrdan işdən çıxandan sonra teatr Musiqili-Dram Teatrı kimi işləyə bilmədiyinə görə həmin 80 ştat Azərbaycan Maliyyə Nazirliyinin əmrilə geri alınıb.
1977-ci ilin mart ayının 16-da Sumqayıt şəhərinin və Azərbaycan RespublikasıTexniki Peşə məktəblərinın tarixində “Ümid” adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 2007-ci ildə Şabran rayonunda Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaradılan “Şabran” Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. 2018-ci ildə bu kollektivə Xalq teatrı adı verilib. Hər iki Teatr-Studiyaya uzun illər Ağalar İdrisoğlu özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləri kəşf eləyib. Onların peşəkar teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində də o, böyük işlər görüb.
Azərbaycan peşəkar teatrları içərisində ilk dəfə məhz onun rəhbərlik elədiyi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstan Respublikasının Cambul və Çimkənt vilayətlərində, Gürcüstan Respublikasının Qabal, Telavi rayonlarında, Vladiqazqazda və bütövlükdə Dağıstan Respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini ilk dəfə yüksək peşəkarlıqla təmsil eləyib və çoxlu Fəxri- Fərmasnlarla Respublikamıza qayıdıb.
Azərbaycan peşəkar teatr sənətinə dünyanın tanınmış dramaturqları, Nobel mükafatı laureatları Alber Kamyunun, Slavomir Mrojekin, Redyard Kiplinqin, dramaturqlar Aleksandr Suxovo-Kabılınin, Vasili Şukşinin, Georgi Xuqayevin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Leonid Juxavitskinin, Kiril Obalenskinin, Oskar Ualydın və başqalarının gəlişi də məhz Ağalar İdrisoğlu ilə bağlıdır. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə eləyib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Eləcə də bir neçə cavan Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də Ağalar İdrisoğlu az iş görməyib.
2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu hal-hazırda quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinda bir-birindən maraqlı tamaşalara quruluş verir. 2019-cu ilin sentyabr və dekabr aylarında Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Qənbər Şəmşiroğlunun ( eyni adlı roman əsasında səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası və Nobel mükafatı laureatı Redyard Kiplinqin “Mauqli” əsəri əsasında Nicat Kazımovun və Ağalar İdrisoğlunun səhnələşdirdikləri “Mauqlinin yeni il arzuları” müzkl tamaşası çox böyük uğurla qarşılanıb.
Azərbaycanın ən çətin dövrlərinə 1988-1993-cü xaos, hərcmərlik, anarxiya illərinə, ulu öndər Heydər Əliyevin gəlişilə vətəndaş qırğınının qarşısının alınmasına həsr olunan, dövlət və dövlətçilik ənənələrinin təbliği əsas priaritet olan “Caninin etirafı” tamaşası 17 və 18 fevral 2020-ci ildə Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində çox böyük uğurla, yüksək peşəkarlıqla tamaşaçılara göstərilib.

Ağalar İdrisoğlu uzun illər şöbə müdiri işlədiyi “Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, problemli məsələlərə həsr olunan məqalələri, portret yazıları ilə çıxış edir. “Az.PRESS. az”, “Sia. az”, “Axar”az, “AZİM” az, “Təzadlar” az, “Ədalət” az və başqa saytlarda, “Azad Azərbaycan” “Ədəbiyyat”, “Mədəniyyət” , “Ədalət”, “525”, “Səs”, “Azad qələm”, “Sərbəst düşüncə” və sairə qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Qobustan”“Naxış” və başqa jurnalında biri-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalləri, ressenziyaları çap olunur.
Ağalar İdrisoğlu həmişə cavan yaradıcı insanlara köməklik eləyib. Onlara arxa-dayaq olub. Onların inkişafı üçün əlindən gələni etməyə çalışıb. Biz də cavan jurnalistlər kimi belə qərara gəldik ki, xalqımızın tanınmış mütəxəssisini, sənətkarını çoxminli oxucularımız, tamaşaçılarımız adından təbrik edək. Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalısı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr elədiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu yubileyi münasibəti ilə bir daha təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. Və hamının adından deyirik: “70 yaşınız mübarək”!
Ağalar İdrisoğlundan bundan sonra da quruluş verəcəyi maraqlı, peşəkar tamaşalarını, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik. İnanırıq ki, Ağalar İdrisoğlu bundan sonra da heç kimə bənzəməyən öz yaradıcılığı ilə oxucularını, quruluş verəcəyi orijinal üslublu tamaşaları ilə tamaşaçılarını sevindirəcək. O, əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycan ədəbiyyatını, incəsənətini dünya xalqlarına çatdırmaq, həmin ölkələrdə respublikamızı təmsil etməkçün uğurlu, orijinal işlərini davam etdirəcək. Həmişə olduğu kimi yenə də millətimizin milli birliyinin təbliğinə çalışmaqla əsl vətəndaş kimi böyük işlər görəcək.
P. S. Belə qərara gəldik ki, Ağalar İdrisoğlunun 50 ildən çox yazıçı, aktyor, rejissor, jurnalist, publisist, tərcüməçi kimi gördüyü bütün yaradıcılıq işlərinin ümumi siyahısını bu yazımızda təqdim etməklə onu bir daha xalqımıza yaxından tanıdaq.

Gülnar TACLI,
Şairə-publisist

Teatrlarda aktyor kimi oynadığı rolların siyahısı.

Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunda diplom tamaşaları

1971- 1975-ci illər

Cəfər Cabbarlı “Almaz” - Camal, Səməd Vurğun “İnsan” - Filosof Şahbaz
Mixail Lermontov “Maskarad” - Knyaz Zvezdiçkin və Nökər

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında

1976-1985-ci illər


İsgəndər Coşqunun (S.Vurğunun eyni adlı poeması əsasında) “Komsomol poeması” - II Çoban, Mehriban Nəzərovun “Dost əli” - Dərviş, Anarın “Adamın adamı” - Fənd Fərəc, Cəfər Cabbarlının “Almaz” - Camal, Gennadi Bokarevin “Poladəridənlər” - Eynəkli oğlan, Mixail Lermontovun “Maskarad” - Knyaz Zvezdiçkinin nökəri, Cəfər Cabbarlının “Vəfalı Səriyyə” - Məhərrəm, Feyruz Məmmədovun “Meşədə döyüş” - Kirpi, İsidor Ştokun “İlahi komediya” - Mələk, Oktay Məmmədovun “Mehrişah” - İran sərkərdəsi, Cəfər Cabbarlının “Almaz” - Camal, Barat ( İkinci quruluşda), Maksim Karimovun “Toy şənbə günü olacaq” - Mənzil sahibi, Hacıbaba Nəzərlinin “Ayıl bax bu dünyaya” (“Sabir”) – Setraq, Tofiq Kazımovun “Muradın kələkləri” - Feyruz, Nəriman Həsənzadənin “Bütün Hərq bilsin” - Rejissor və Ernest Hemenquey, İvan Karacalenin “İtirilmiş məktub” - İonesku, Camal Yusifzadənin “Səhər qatarı” - Manaf, Azat Abdullinin “On üçüncü sədr” - Davud Bəyimov, Mövlud Süleymanlının “Özü-özünü oynayan qız” - Təzəbəy, Vladir Kondratyevin “Saşka” - Leytenat Volodka və başqaları.

A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda kurs tamaşalarında
1981-1986-cı illər


Samuel Marşakın “Pişiyin evi” - Ayı, Üzeyir Hacıbəyovun “Arşın mal alan” - Əsgər, Cəlil Məmmədquluzadənin “Poçt qutusu” ( rus dilinə tərcümə edən Əziz Şərif, səhnələşdirən Ağalar İdrisoğlu) - Rəis, Mixail Mininin “Lamançalı adam” (Servantesin “ Don Kixot”əsəri əsasında) - Sanço Panso, Mixail Bulqakovun “Kabala svyatoş” tamaşasında – Jan Batist Molyer, Mixail Zoşenkonun “Cinayət və cəza” ( səhələşdirənlər Aleksandr Barmak, Ağalar İdrisoğlu) - Qorbuşkin, Mixail Zoşenkonun «Aktyor» ( səh. Aleksandr Barmak və Ağalar İdrisoğlu) – Aktyor, Vera Panovanın “Saputniki” (səhnələşdirənlər Aleksandr Barmak və Ağalar İdrisoğlu)- kapitan Maxaradze və qızıl əsgər Məmmədov və başqaları.

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarında
1985- 1988-ci illər

Cəfər Cabbarlının “Oktay Eloğlu” - Aslan bəy, Zəlimxan Yaqubun “Aşıq Ələsgər” - Qoca aşıq, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın” - Kladezni

Azərbaycan və Dağıstan Beynəlmiləl Estrada Teatr truppasında

1997-2000-ci illər
Hər üç tamaşada - Konferansye olub


Ağalar İdrisoğlunun rejissor kimi quruluş verdiyi tamaşaların ümumi siyahısı

Bakıdakı Mədəniyyət İşçilərinin Mədəniyyət evində
1972-1975-ci illər

 

1. Tamaşalardan parçalar
2. İlyas Əfəndiyev “Boy çiçəyi”
3. Şeirlərdən ibarət kompazisiya
4. Balaş Azəroğlu “Bir məhbusun gündəliyi”

“Ümid” Teatr- Studiyasında və Sumqayıt Gənclərinin Xalq Teatrında
1977-1986-ci illər


“Azərbaycan” (Səməd Vurğunun eyni adlı şeiri əsasında 15 respublika millətlərinin dilində kompazisiya-tamaşa), “Qadınlar günü, kişilərin bayramı” (Kirill Obalenski, tərcümə edəni Ağalar İdrisoğlu), “Kamança” (Cəlil Məmmədquluzadə), “Usta Haşım” (Qalib Əhmədov), “Törtöküntülərin aqibəti” (Ağalar İdrisoğlu), “Zəncir” (Anar), “Həyatın astanasında” (Ağalar İdrisoğlu), “Anasının gül balası” ( Feyruz Məmmədov), “Sehirli yaylıq” (Kərim Həsənov), “Diribaş adamlar” (Vasili Şukşin, tərcümə edəni Ağalar İdrisoğlu), “Bir bayraq altında” (Feyruz Məmmədov), “Kukla teatrı” (Loğman Rəşidzadə), “Səhra məhkəməsi” (Arif Hacıyev), “Əməyə eşq olsun” (Ağalar İdrisoğlu), “Milyonçu Laptev” (Aleksandr Xmelik, tərcümə edəni Ağalar İdrisoğlu), “Meydan oyunları” (Ağalar İdrisoğlu), “Doğum evinin qarşısında” (Ağalar İdrisoğlu), “Təmas” (Rüstəm İbrahimbəyov), “Sumqayıt səhifələri” (Ağalar İdrisoğlu) və başqaları

A.V. Lunaçarski adına Dюvlət Teatr Sənəti İnstitutunda ( kurs tamaşaları)
1981-1986-cı illər


“Poçt qutusu” (Cəlil Məmmədquluzadə, tərcümə edəni Əziz Şərif, sənnələşdirəni A. İdrisoğlu), “Aktyor” (Mixail Zoşenko), “Arşın mal alan” (Üzeyir Hacıbəyov), “Ayı “, “Elçilik” (Anton Pavloviç Çexov), “Mikraskop” (Vasili Şukşinin,hekayələri əsasında səhnələşdirəni A. İdrisoğlu), “Sapuntiki” ( Vera Panova, səhnələşdirənlər Aleksandr Barmak və Ağalar İdrisoğlu)


Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında
1985-1988-ci illər


“İlk qurban” ( Məhərrəm Əlizadə), “Toya bir gün qalmış” (Loğman Rəşidzadə), “Vicdanla üz-üzə” (Eduard Bobrov, tərcümə edəni Zakir Abbas), “Qismət” ( Alber Kamyu, tərcümə edəni Vaqif Əlixanlı), “Şərəfin sandığı” (Mirzəağa Atəş), “Aşıq Ələsgər” (Zəlimxan Yaqub), “Prokuror” (Georgi Caqarov, tərcümə edəni Tofiq Məmmədov), “Qaqutsa, Babutsa, Danel, Dardanell” (Georgi Xuqayev, tərcümə edinə Ağalar İdrisoğlu), “Uşağa bir üç yazın!” (Aleksandr İvaşenko, tərcümə edəni Fikrət Sultanov), “Oktay Eloğlu” (Cəfər Cabbarlı), “Yeni il nağılı” (Ağalar İdrisoğlu), “Analar və oğullar” (Əli Səmədli), “Şahzadə və bacatəmizləyən” (Leonid Juxavitski, tərcümə edəni Camal Yusifzadə), “Novruz gəldi, yaz gəldi” (Ağalar İdrisoğlu), “Məhəbbətin işığında” (Roza Qarabağlı), “Oyunbazlar” (Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mixail Zoşenko, Vasili Şukşin, tərcümə edəni və səhnələşdirəni Elmira Mehdiyeva) və başqaları.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında
1981-1997-ci illər


“Ağa Kərim xan Ərdəbilli” ( Nəcəf bəy Vəzirovun əsəri əsasında, Valeh Kərimovla birlikdə quruluş verib), “Dəyişmə” (Rafiq Səməndər), “Səhər qatarı” (Camal Yusifzadə), “Uşağa bir üç yazın!” (Aleksandr İvaşenko, tərcümə edəni Fikrət Sultanov), “Məlikməmmədin yeni sərgüzəştləri” ( Ağalar Mirzə), “Qocaların məhəbbəti” (Georgi Xuqayev, tərcümə edəni Ağalar İdrisoğlu), “Arşın mal alan” (Üzeyir Hacıbəyov), “Varlı ev” (Georgi Xuqayev, tərcümə edəni Ağalar İdrisoğlu), “Yanmış evin nağılı” (Akif Həsənoğlu), “Dünyaxanım ev axtarır” (Akif Həsənoğlunun pyesinə, Valeh Kərimovla birlikdə quruluş verib), “Şah İsmayıl” (Ağalar İdrisoğlu), “Yeni ilin sevincləri” ( Ağalar İdrisoğlu), “Sabir Rüstəmxanlının portret cizgiləri” (Ağalar İdrisoğlu), “Ağa Məhəmməd şah Qacar” (Əbdürrəhim bəy Haqverdiyev və Jan Keverin əsərləri əsasında, Şahmar Qəribli ilə birlikdə quruluş verib.) və başqaları.

Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasında
1997-2000-ci illər


“Dostluq töhfələri” (Ağalar İdrisoğlu, səhnəciklər və mahnılar əsasında)
“Novruz gəldi yaz gəldi” ( Ağalar İdrisoğlu), “Qardaşdır ellərimiz” (Azərbaycan və Dağıstan xalqlarının mahnıları, rəqsləri, şeirləri və səhnəciklər əsasında teatrlaşdırılmış konsert-tamaşa)

Azərbaycan Dövlət Gənclər Teatrında
2001-2008-ci illər


“İnan mənə” (Ağalar İdrisoğlu), “Haray” (Zeydulla Ağayev), “Anaların fəryadı” ( monotamaşa Vaqif Əlixanlı), “Məhv olmuş gündəliklər” (İlyas Əfəndiyev), “Tarelkinin ölümü” (Aleksandr Suxovo-Kobılin, tərcümə edəni İnqilab Kərimov), “Məhəbbət yaşayır hələ” (Hidayət)

Azərbaycan Dюvlət Gənc Tamaşaçılar Teatrı
2010-2017-ci illər

 

“Əcəl atı” (Vaqif Əlixanlı), “Pələn ili” (Firuz Mustafa), “Dörd əkizin nağılı” (Panço Pançev, tərcümə edənlər Vidadi Əliyuev, Ağalar İdrisoğlu), “Aycan” (Xanımana Əliyəyli)

Azərbaycan Dövlət Qusar Ləngi Dram Teatrında
2012-ci il


“Xırs quldurbasan” (Mirzə Fətəli Axundzadə)

Şabran rayonun Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki
“Şabran” Teatr-Studiyasında
2007-2016-cı illər


“Adın şərəflidir sənin ey qadın” (Ağalar İdrisoğlu - tamaşa-konsert), “Novruz gəldi yaz gəldi” (Ağalar İdrisoğlu), “Vətən ağrıları, Vətən dərdləri” (Ağalar İdrisoğlu), “Sülh günəşli ellər atası” (Ağalar İdrisoğlu), “İstiqlal marşı” (Ağalar İdrisoğlu, Mehparə Cəfərova), “Xocalı harayı” (Ağalar İdrisoğlu, Cabir Əmrahov), “Novruz töhvələri” ( Ağalar İdrisoğlu ), “Qarabağ haray” (Ağalar İdrisoğlu) və başqaları.

Mingəçevir Dövlət Dram Teatrında
2019- cu il


1. Qənbər Şəmşiroğlu “Caninin etirafı – iki hissəli faciə-məhəbbət odası ( eyni adlı roman əsasında səhnələşdirənlər- Nəriman Ocaqlı, Ağalar İdrisoğlu)
2. Nicat Kazımov, Ağalar İdrisoğlu “Mauqlinin yeni il arzuları” (Redyard Kiplinqin “Mauqli” əsəri əsasında)

Ağalar İdrisoğlu uzun illər Sumqayıt, Ağdam, Şuşa şəhərlərində, Şabran, Masallı rayonlarında və Mingəçevir şəhərində keçirilən əmək, incəsənət teatrlaşdırılmış bayramlarının, “Natəvan” qızlar teatrlaşdırılmış bayramlarının, Yeni il və “Novruz” teatrlaşdırılmış şənliklərinin ssenari müəllifi və quruluşçu rejissoru olub. Bunlar hamısı birlikdə 60 teatrlaşdırılmış tamaşa-konsertdir.

Beləliklə, o, peşəkar aktyor və rejissor kimi 50 ilə yaxın incəsənət sahəsindəki yaradıcılıq fəaliyyətimdə, 40-dan çox rol oynaıb və 140-dan çox tamaşaya və tamaşa- konsertə peşəkar səviyyədə quruluş verib.

Ağalar İdrisoğlunun çap olunan kitabları


“İnan mənə” ( pyes ayrıca, rus dilində), “Ən xoşbəxt gün” ( pyes ayrıca, rus dilində), “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə), “Milyonları xalq üçün xərcləyən İnsan” ( Rəhman Orxanla birlikdə), “İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə), “Mümkün olmayanı mümkün eləyən rəhbər” ( müştərək) kitabları çap olunub. Altı kitabı – “Şah İsmayıl” ( pyeslər toplusu), “Əbləhlərin son oyunu” ( hekayələr, novellalar, esselər, elegiyalar toplusu), “Sərhədsiz dünyamız” sənədli, publisit romanı, “Hər biri bir dünya olan insanlar” ( publisist əsərləri), “Kəfənini geymiş qoca” ( povestlər toplusu) və Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin ömür yoluna həsr olunan “Teatr sənətinin ağişi” kitabları çapa hazırlanır. 15-dan çox topluda hekayələri, esselləri, novellaları, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib. 

Onun özünün yazdığı pyesləri və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.
Uzun illər Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik etdiyi və bədii yaradıcılıqla məşğul olduğu vaxtlarda, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii və publisist əsərlərində, quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub. Və hər bir əsərində zamanın nəbzini tutduğuna, insanların ürəyindən olan, amma deyə bilmədiyi neqativ halları bədii formada dediyinə, yazdığına görə, həmişə sevilir və rəğbətlə qarşılanır Ağalar İdrisoğlu.
O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !