Böyük Vətən müharibəsi veteranları ziyarət olunub - (-VİDEO+FOTO=20)

Böyük Vətən müharibəsi veteranları ziyarət olunub (-VİDEO+FOTO=20)

Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hərbi qulluqçular Böyük Vətən müharibəsi veteranlarını ziyarət ediblər.
Müdafiə nazirinin bayram təbriklərini müharibə veteranlarına çatdıran hərbi qulluqçular nazirliyin adından onlara açıqcalar, gül dəstələri və birdəfəlik maddi yardım təqdim ediblər.
Fərdi qaydada ziyarət olunan müharibə veteranları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən müharibə illərinin vətənpərvərlik mahnıları ifa olunub.
Müharibə veteranları daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !