Paytaxtda yeni infrastruktur və yol genişləndirilməsi layihələri icra olunacaq -

Paytaxtda yeni infrastruktur və yol genişləndirilməsi layihələri icra olunacaq

Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında isə yeni infrastrukturların yaradılması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib. Bir şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

O qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti,  tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək.

“Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !