Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib - -VİDEO+FOTO=5

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib -VİDEO+FOTO=5

Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
Plana əsasən yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.
Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.
Təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə edən bölmələr yeni aşkar olunmuş hədəfləri məhv ediblər.
Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası mövzusunda keçirilən təlimdə tapşırıqlar uğurla yerinə yetirilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !