Ağstafa Regional Mədəniyyət İdarəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ilinə həsr olunmuş videokonfrans - - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ilinə həsr olunmuş videokonfrans - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsi Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ilinə həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirdi.
Tədbirdə geniş nitqlə çıxış edən idarənin rəisi Vüqar Qədirov Ermənistanın Azərbaycana silahlı təcavüzünün, beynəlxalq hüquq normalarına məhəl qoymadan işğal etdiyi ərazilərdə hələ də vandalizm hərəkətlərini həyata keçirməsinin davam etdiyini, Azərbaycanın qədim və əzəli torpaqlarında qeyri qanuni məskunlaşma siyasətini həyata keçirdiklərini bildirdi. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, vətənpərvər siyasətdən söz açaraq qeyd etdi ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu gündən-günə inkişaf etməkdədir. Bu gün Füzuli və Cəbrayıl rayolarının işğalının 27-cı ildönümünü qeyd etsək də, 2016-cı ildə Lələtəpədə gedən döyüşlər, Cocuqmərcanlı kəndinin azad olunması və insanların öz dədə-baba torpaqlarına köçürülməsinin təmin olunması əhalidə böyük bir ruh yüksəkliyindən xəbər verir və bizim o torpaqlara qayıdış inamımızı daha da artırır. Həmçinin ermənistanın 2020-ci ilin iyul ayında cəbhənin Tovuz rayonu istiqamətində təxribata cəhd etməsi məsələsinə toxunan idarə rəisi, ordumuzun şücaətlə dövlət sərhəddini müdafiə etməsindən, cənab Ali Baş Komandan İlham Əliyevin qisas əməliyyatı nəticəsində düşmənə layiqli cavab verilərək geri oturdulmasından danışdı. Düşməni lərzəyə salan Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun generalı Polad Həşimovun və digər hərbi qulluqçuların tezliklə qisasının alınacağı gün uzaqda deyil. Qeyd olundu ki, bu gün xalqın hər bir vətənpərvər nümayəndəsi kimi mədəniyyət işçiləri, gənc mədəniyyət könüllüləri də ordumuzun, eləcə də şəhid ailələrinin yanındadır.


Anım tədbirinin sonunda bir daha qeyd olundu ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və Azərbaycan nəyin bahasına olur-olsun, öz torpaqlarını ən qısa zamanda düşmən tapdağından azad edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !