Gənc cüdoçumuz İlham Rəhimov ikinci dəfə Avropa çempionu olub
İtaliyanın Neapol şəhərində 23 yaşlı (U-23) cüdoçular arasında keçirilən Avropa çempionatının start günü Azərbaycan yığmasının üzvü İlham Rəhimov (66 kq) üçün uğurlu olub. ACF-dən verilən məlumata görə İlham Rəhimov bütün görüşlərini qələbə ilə başa vuraraq, ikinci dəfə U-23-də Avropa çempionu olub. Qeyd edək ki, finala gedən yolda Xorvatiya, Fransa və Ukrayna təmsilçisini məğlub edən cüdoçumuz həlledici finalda isə ötən il olduğu kimi yenə də hollandyalı Yoxem Van Hortenə qalib gəlib.
Yeri gəlmişkən, çempionatda Azərbaycan da daxil olmaqla, Köhnə Qitənin 36 ölkəsini təmsil edən 275 cüdoçu medallar uğrunda mübarizəyə qatılıb.
İNTİQAM Məmmədov



