Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

Kərim Kərimli: 

Əvvəlki mərhələlərdə də biz elə gəlmişik, ermənilər də belə gediblər

1988-ci ildə Ermənistandan və Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi bölgələrindən canlarını güclə qurtarıb dəstə-dəstə gələn, Şuşaya pənah gətirən millətimizi xatırlayıram...

18-21 sentyabr 1988-ci ildə Xankəndi şəhərində yaşayan 18 min azərbaycanlı əhali hansı dəhşətli vəziyyətdə çıxarılmışdı ev-eşiklərindən!

Evləri yandırılmış, özləri yaman gündə, döyülmüş, söyülmüş, təhqir olunmuş vəziyyətdə...

Ölümlə nəticələnən terror hücumları...

Ondan cəmi bir həftə sonra 27-28 sentyabrda bölgədə olan Rusiya (SSRİ) Silahlı Qüvvələrinin bölmələrinin əli silahlı şəxsi heyəti mühasirəyə alaraq mühafizə etdiyi erməni məhəlləsinin və ayrı-ayrı erməni evlərinin sakinlərini Şuşadan Xankəndinə tam təhlükəsiz vəziyyətdə köçürərkən götürülməsi, aparılması mümkün olan bütün əmlakını üstü çadırlı (tentli) "Qaz-66", "ZİL-131" və "Ural" markalı yük maşınlarına yığaraq apardılar.

O zaman Şuşada belə bir lağ-lağı ifadə də yaranmışdı: "Ermənilər süpürgə-xəkəndazını da apardı".

Sonralar biz qaçqın düşüb Şuşanı tərk edəndə bizim camaat belə deyirdi: "Bir "ibişqa" çöpü də çıxartmadıq..."

Odur ki, hazırkı mərhələdə Qarabağdan köçən ermənilərin sağ-salamat, deyə-gülə, yollarda "piknik"dəymişlər kimi istirahət edə-edə, dincələ-dincələ, fətir-yuxa, kətə-qutab bişirə-bişirə getməklərində yeni bir təzahür yoxdur, həmişə belə olub...)