Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Biləsuvarda dəhşətli qəza: 3 nəfər öldü


Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib.

Qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.