Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prokuror çıxışında A.Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ilə xuliqanlıqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xalq artistinin vəkili Asim Abbasov müdafiə çıxışı üçün vaxt istəyib.

Bundan başqa, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən digər prosesdə dövlət ittihamçısı xalq artisti ilə mübahisə edən Medera Hospitalının mühafizəçisi Nurəddin Cəlilovun 2 il 6 ay şərti cəzalandırılmasını istəyib. Müdafiə tərəfi də çıxış üçün vaxt istəyib.

Növbəti məhkəmə prosesi martın 6-na təyin edilib.

Xatırladaq ki, bir qədər əvvəl tərəflərin barışıq əldə etdiyi bildirilirdi. Tərəflərin qaldırdıqları mülki iddialar da təmin edilməyib.

Bununla belə, xalq artisti və klinikanın mühafizəçisi barəsində qaldırılan cinayət işi üzrə məhkəmələr davam edir.

Xatırladaq ki, hadisə ötən ilin iyulunda baş verib. Sosial şəbəkələrdə A.Ağayevlə adıçəkilən klinikada mühafizəçi arasında baş verən davanın videosu yayılıb. Sənətçi kişiyə hücum edərək balta atıb və balta tibb müəssisəsində təmizlik edən N.Paşayevanın ayağına dəyib. Nəticədə sonuncu yaralanıb. Bundan sonra klinikanın mühafizəçisi xalq artistini döyüb.