İki azərbaycanlı hakim UEFA-nın kurslarında iştirak edəcək
İki azərbaycanlı futbol hakimi Tural Qurbanov və Asiman Əzizli UEFA-nın kurslarında təlim keçəcəklər.
Bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekker Bakıda azərbaycanlı hakimlər üçün keçirilən seminarda deyib.
Onun sözlərinə görə, hakimlərin UEFA proqramında iştirakı ölkə futbolu üçün faydalı olacaq.
“Onlar öz bilik və bacarıqlarını təkmilləşdirəcək, qayıtdıqdan sonra isə onları Azərbaycanda tətbiq edə biləcəklər ki, bu da futbolun inkişafına töhfə verəcək”, - belçikalı mütəxəssis qeyd edib.