Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan edib
Ermənistanın baş naziri bizə heç kimlə danışmağı və əlaqə saxlamağı qadağan edib.
Bunu Qarabağda “özünü elan etmiş respublika”nın keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan hərbi cinayətlər törətməkdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsində deyib.
O, Ermənistanın nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etdiyini təsdiqləyib:
“Mən Ermənistanın nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa, sərəncamın nə ilə bağlı olduğunu demək istəmirəm, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, hərbi xidmətdən çıxandan sonra ordu ilə əlaqə yox idi. Ailə və digər səbəblərə görə istəmirdim. Bundan əlavə, ordu ilə hər hansı əlaqə qurmağımıza qadağa qoyuldu”.