Harutyunyan: Müharibə vaxtı Azərbaycan prezidentinə məktub yazmaq istəyirdim
Müharibə zamanı mən Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərmək istəyirdim, lakin Ermənistanın baş naziri Nikol Paşinyan buna imkan vermədi.
Bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsində təqsirləndirilən şəxs Arayik Harutyunyan deyib.
O bildirib ki, 2020-ci il oktyabrın 18-də axşam Bako Saakyan və Arkadi Qukasyanla son görüşünü keçirib: “Mən Nikol Paşinyana zəng vurub bildirdim ki, müharibənin dayandırılması ilə bağlı Azərbaycan prezidentinə məktub yazmağa hazıram, lazım gələrsə, Bako və Arkadi də qoşulacaq. Məktubun mahiyyəti sadəcə olaraq müharibəni dayandırmaq idi. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi: hər vasitə ilə müharibəni dayandırın və bildirin ki, bu, erməni xalqının istəyidir. Fakt budur ki, Ermənistanda konsensus yox idi. Ona görə də bizə istinad edərək dedim ki, müharibəni dayandırmaq lazımdır. Ermənistanda konsensus olmadığı üçün bizə istinad edərək müharibənin dayandırılmasının lazım olduğunu dedim. Biz o zaman insan həyatını xilas etmək üçün günahı öz üzərimizə götürməyə hazır idik. Paşinyan bir neçə görüş keçirib, müxalifətlə, demək olar ki, hamı ilə görüşüb. Oktyabrın 19-da gecə saatlarında mənə zəng vurdu və müharibənin davam etdiyini bildirdi. Mən təfərrüatlara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”.