Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

Vüsalə Məmmədova: 

Müharibə xalqlar üçün bəşəri testdir

Ermənilər haqqında xoş nəsə deməyəcəm. Yalana nə gərək var? O dil-ağızla gedən ağsaqqallar cavanlıqlarında mənim kimi uşaqların kabusu olub. Əllərindən isti ocağımızda şirin yuxu yata bilməmişik. Bu başqa.

Amma rahat, təlaşsız, geyimli, danışa, deyə-gülə çıxıb getmələri xoşuma gəlir. Avtobusda əyləşirlər, polis su verir, peçenye paylayır, onlar da alıb yeyirlər…

…Doğma məktəbimdəki sonuncu dərsi xatırlayıram. Müəllimimiz təmkinli davranmağı tövsiyə edirdi:

- Çantalarınızdan kitabları boşaldıb, qalın paltarlar yığın. Bir neçə də buterbrod götürün, yolda lazım ola bilər…

Dostlar tez-tez Xocalı sakinlərinin girovluqda çəkilən fotoları ilə onların Qarabağı könüllü tərk etmə fotolarını yanaşı qoyur, müqaisə edir… Bunu da yanlış hesab edirəm. Nə yaxın, nə də uzaq tariximizdə bizə yaşatdıqları ilə müqaisəyə gələcək bir hadisə belə yoxdur…

Bəs yaşadığımı yaşasınlar, istəyirəmmi? Yaşatdıqlarını yaşasınlar, istəyirəmmi?

İstəmirəm. Qətiyyən istəmirəm! Mən nümayəndəsi olduğum millətin vicdanında ləkə istəmirəm. Utanc istəmirəm.

Müharibə xalqlar üçün bəşəri testdir. Biz həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində bu testdən üzü ağ çıxmışıq. Nə məğlub olanda, nə də qalib gələndə özümüzü düşmənə bənzətməmişik. Bu dəfə də özümüz kimi davranırıq. Övladlarımız üçün qürur duyacaqları tarix yaradırıq…