Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Ayan Allahverdiyeva mundialda bürüncü gümüşə çevirib 

Montoneqronun Petrovatse şəhərində 20 yaşlı (U-20) şahmatçılar arasında dünya çempionatı keçirilib. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan mundialda iştirak edən Azərbaycan təmsilçiləri arasinda Ayan Allahverdiyeva daha yaxşı çıxış edərək mükafatçılar sırasında yer alıb. Qeyd edək ki, 9 xalla çempion adını qazanan rusiyalı Anna Şuxmandan 1 xal geri qalan Ayan çıxışını ikinci yerdə bitirməklə gümüş medal qazanıb.  

Xatırladaq ki, Ayan ötən il keçirilən analoji yarışda üçüncü olmaqla bürünc medal qazanmışdı.

İNTİQAM Məmmədov