Arkadi Qukasyan: 1992-ci ildə Qarabağda 30 mindən az erməni yaşayırdı
1992-ci ildə Qarabağda 30 mindən az erməni əsilli insan yaşayırdı.
Bunu Arkadi Qukasyan Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrinin işi üzrə bu gün keçirilən məhkəmə iclasında deyib.
Onun sözlərinə görə, onların bir qismi sonradan Qarabağda qalıb, bəziləri Ermənistana, bəziləri isə Rusiyaya köçüb.
Qeyd edək ki, bu gün Bakı Məhkəmə Kompleksində hərbi və digər ağır cinayətlərdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələrinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir. Prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.