David Manukyan həmyerlilərinin əleyhinə ifadə verib
Bakı Hərbi Məhkəməsində davam edən prosesdə təqsirləndirilən Ermənistan vətəndaşı, həmin ölkənin silahlı qüvvələrində general-mayor ali hərbi rütbəsi almış David Manukyan Qarabağda Azərbaycana qarşı hərbi əməliyyatlarda fəal iştirak etmiş “Şuşa” əlahiddə hərbi batalyonunun komandirinin bədnam Jirayr Sefilyan olduğunu etiraf edib.
Məhkəmə iclasında sualları cavablandıran D.Manoukyan bildirib ki, C.Sefilyanın Livanın paytaxtı Beyrutda anadan olmasından xəbəri yoxdur.
“O, “Qərbi Ermənistan”dan gəlib, lakin Ermənistan Respublikasının vətəndaşlığına malikdir”, - təqsirləndirilən şəxs vurğulayıb. D. Manukyan Qarabağda Azərbaycana qarşı döyüşən silahlı birləşmə – daşnak batalyonu haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, bu batalyon bir neçə dəstədən ibarət olub, onların tərkibində həm Qarabağdan olanlar, həm də Ermənistan vətəndaşları var idi.